Azərbaycanlı futbolçu Kamran Əliyev Rusiyanın “Arsenal” klubunun heyətində növbəti matçına çıxıb.
Fanat.Az xəbər verir ki, hücumçu Rusiya Birinci Liqasının 18-ci turu çərçivəsində baş tutan “Krasnodar-2” ilə matçın iştirakçısı olub.
Tula təmsilçisi doğma meydanda qarşılaşdığı rəqibinə 3:1 hesabı ilə qalib gəlib. Kamran görüşün 55-ci dəqiqəsində meydana buraxılıb. O, 65-ci dəqiqədə məğlub durumda olan komandasının bərabərlik qoluna imza atıb. 68 və 82-ci dəqiqələrdə daha iki qol vuran “Arsenal” meydanı əzmkar qələbə ilə tərk edib.
“Arsenal” 18 turdan sonra 31 xalla 3-cü pillədə qərarlaşıb.