Kanada millisinin Qətərdə keçiriləcək dünya çempionatı üçün yekun heyəti açıqlanıb.
Fanat.Az xəbər verir ki, siyahıya 26 oyunçunun adı daxil edilib.
Heyətdə 3 qapıçı, 7 müdafiəçi, 8 yarımmüdafiəçi və 8 hücumçu yer alıb.
Kanada yığması noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq mundialda Belçika, Mərakeş və Xorvatiya ilə birlikdə F qrupunda mübarizə aparacaq.