İspaniya millisinin baş məşqçisi Luis Enrike ötən həftə dünya çempionatı üçün Qətərə aparacağı futbolçuların siyahısını açıqlayanda, bir çoxları üçün ən böyük şok Serxio Ramosun yoxluğu oldu.
Fanat.Az xəbər verir ki, təcrübəli müdafiəçisi mundiala aparılmamasına reaksiya bildirib.
O, "Instagram" hesabında bu barədə paylaşım edib: "Ötən mövsüm zədələr, yeni kluba və yeni şəhərə alışmaq ucbatından çətin keçdi. Özümü bütün bədənimlə və ruhumla tam sağalmağa həsr etdim. Xoşbəxtlikdən bu mövsüm özümü hazır hiss edirəm. Böyük şəhərdə və böyük klubda oynayaraq yenidən futboldan həzz alıram.
Yenidən dünya çempionatında oynamaq böyük arzu idi və gedəcəyimə ümid edirdim. Bu, mənim beşinci dünya çempionatım olacaqdı. Təəssüf ki, onu evimdən izləməli olacağam. Çətindir, amma sabah yenə günəş doğacaq. Özümlə bağlı dəyişən hər hansı bir şey yoxdur. Mentalitet, ehtiras, səy, fədakarlıq - günün 24 saatı futbol haqqında düşünürəm. Mən belə hiss edirəm və bunu sizinlə bölüşmək istədim"
Dəstəyiniz üçün təşəkkür edirəm. Daha çox çağırışlar və hədəflər var. Tezliklə görüşənədək".
Qeyd edək ki, uzun müddət İspaniya millisinin kapitanı olan Ramos ölkənin "1 nömrə"li komandasında 180 oyun keçirib.
Mirağa