Misli Premyer Liqasının 14-cü turunda "Sumqayıt"la oyunda zədələnən "Şamaxı"nın müdafiəçisi Adil Nağıyevin durumu bəlli olub.
Komandanın baş məşqçisi Vüqar Əsgərlinin Fanat.Az-a verdiyi açıqlamaya görə, futbolçunun qaşına tikiş qoyulub:
"Adilin qaşı partlamışdı. Baxmayaraq ki, həkimlərin ilkin müdaxiləsindən sonra oyunu sona qədər davam etdirə bildi. Onun qaşına 6 tikiş qoyulub. Hələ durumu haqda həkimlərin yekun qərarını gözləyirik. Ümid edirik ki, "Turan Tovuz"la kubok matçında oynaya biləcək. Qarşıdakı oyunda bizə kömək etməsini çox istəyirik".
Qeyd edək ki, son iki turda səfərdə "Turan Tovuz"a (3:1) və evdə "Sumqayıt"a (4:2) qalib gələn "Şamaxı" qərb təmsilçisi ilə kubokun 1/8 finalında yenidən qarşılaşacaq. Bir qarşılaşmadan ibarət mərhələnin görüşü noyabrın 22-də Şamaxıda baş tutacaq.
Mirağa