İtaliyanın "Atalanta" klubunun yarımmüdafəçisi Ruslan Malinovski karyerasını Fransada davam etdirməyə yaxındır.
Fanat.Az xəbər verir ki, informasiyanı "L'Équipe" nəşri yayıb.
Xəbərə görə, Ukrayna millisinin üzvü "Olimpik Marsel"in hədəfindədir və bu qış iş yerini dəyişə bilər. Mənbə Marsel klubunun mərakeşli yarımmüdafiəçisi Amin Haritin mövsümü ağır zədə üzündən erkən başa vurduğunu, Jerson la Silvanın isə "Flamenqo"ya keçmək üzrə olduğunu əsas gətirərək Malinovskinin heyətə qatılmaq ehtimalını yüksək qiymətləndirib. Hərçənd 30 yaşlı ukraynalının "Olimpik"in yeganə transfer variantı olmadığı da diqqətə çatdırılıb.
Qeyd edək ki, Malinovski bu mövsüm A Seriyasında 14 matça çıxaraq 1 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.