"Barselona"nın hücumçusu Ansu Fati yol-nəqliyyat hadisəsi törədib.
Fanat.Az xəbər verir ki, bu barədə "Cadena SER" məlumat yayıb.
Xəbərə görə, 20 yaşlı futbolçu avtomobilini saxlamaq istəyərkən təsadüfən yoldan keçən motosiklet sürücüsünü vurub.
Hadisə nəticəsində zərərçəkənin topuğu sınıb. Fati onu xəstəxanaya qədər müşayiət edib və əlaqə nömrəsini verib.
Xatırladaq ki, Fati İspaniya millisinin DÇ-2022 üçün iştirak ərizəsinə daxil edilib.
Röya