Braziliya millisinin və "Milan"ın sabiq ulduzu Kaka bir yerdə oynadığı ən yaxşı futbolçunun kim olduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, UEFA-nın mətbuat xidmətinə danışan dünya çempionu (2002) həm Braziliya millisində, həm də "Milan"da komanda yoldaşı olmuş əfsanəvi Ronaldonu hamıdan üstün tutduğunu bildirib:
"Bu, Ronaldodur. Mən onun meydanda daha öncə heç kimin bacarmadıqlarını necə etdiyini görmüşəm".
Xatırladaq ki, 46 yaşlı Ronaldo peşəkar futbolçu karyerasını 2011-ci ildə bitirib.