Polşa millisinin və "Yuventus"un qapıçısı Voytsex Şensnı Qətərdə keçiriləcək dünya çempionatının onun üçün sonuncu olduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, 32 yaşlı qolkiper "TVP Sport"a müsahibəsində belə danışıb:
"DÇ-2026-da olacağıma inanırammı? Düzü, 2026-cı ildə indiki həvəslə futbol oynayacağıma inanmıram. Bu isə o deməkdir ki, o vaxt mən oynamayacağam".
Qeyd edək ki, Polşa yığması mundialda Argentina, Meksika və Səudiyyə Ərəbistanı seçmələri ilə eyni qrupda mübarizə aparacaq.