"Real Madrid"in yarımmüdafiəçisi Eden Hazar İspaniya nəhənginin azarkeşlərinə müraciət edib.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, belçikalı ulduz "Çelsi"dən transfer olunandan sonra aldığı ardıcıl zədələrə görə tərəfdarlardan üzr istəyib:
"Real" azarkeşləri, sizdən üzr istəyirəm. Əlbəttə ki, çox oynamaq istəyirəm. Meydana az-az çıxmağım mənim üçün də asan deyil. Belə alındığı üçün olduqca üzgünəm. "Çelsi"də başıma xəsarətlə bağlı heç nə gəlmədiyi halda, Madriddə demək olar ki, hər növ zədə aldım. Bunun səbəbini izah etməyə belə, çətinlik çəkirəm".
Qeyd edək ki, Hazar "Real"a 2019-cu ildə, 115 milyon avro qarşılığında transfer edilib. O, zədə üzündən İspaniya klubunun 72 oyununu kənardan izləyib.