"Bayern Münhen" klubunun rəhbərliyi komandanın sabiq futbolçusu Frank Riberiyə vəzifə verəcək.
Fanat.Az-ın məlumatına görə, informasiyanı "Sport Bild" yayıb.
Xəbərə görə, Münhen təmsilçisinin bossları artıq Frankla görüşüb və o, yaxın vaxtlarda Almaniya nəhənginin səfiri qismində fəaliyyətə başlayacaq.
Xatırladaq ki, Riberi oktyabrda futbolçu karyerasını bitirdiyini açıqlayıb.