13:43 17.11.2022 647

ABŞ - İran: Siyasət futbola qarşı və ya yenə ağ qızılgül olacaqmı? 

(Yazı "Uşaq və gənclərin fiziki və mənəvi inkişafı” mövzusu üzrə hazırlanıb)

Bazar günündən etibarən dünyanın diqqəti Qətərə yönələcək. Dünya çempionatı noyabrın 20-də keçiriləcək meydan sahibləri və Ekvador arasında oyunla başlayacaq. Sözsüz ki, hər mundialda olduğu kimi, budəfəki yarışın da favoritləri var. Ancaq dördilliyin ən nəhəng turnirinin ən prinsipial qarşılaşması bu il 1 apreldən bəllidir: İran və ABŞ 24 il sonra yenidən mundialda qarşılaşacaqlar. Hansı ki, bu iki ölkə siyasət meydanında bir-birinin kölgəsini qılınclayır, bəzən hətta münasibətləri müharibəyə başlayacaq qədər gərgin həddə çatır...   

1998-ci ildə Fransada keçirilən dünya çempionatı da ABŞ-la İranın münasibətlərinin gərgin olduğu vaxta təsadüf etmişdi. Ümumiyyətlə, iki ölkə arasındakı münasibətlər 1979-cu ildən düşmən səviyyəsindədir. Buna Amerikapərəst şahı devirən və nəticədə prezident Cimmi Karterin növbəti il ​​yenidən seçilmək iddiasını ciddi şəkildə sarsıdan İran inqilabından sonra yaşanan girov böhranı rəvac verib. 

Komandalar 1998-ci ildə görüşəndə ​​Fransa çevik polisi Liondakı stadionu mühasirəyə almışdı. Ancaq onlara ehtiyac olmadı. Komandalar birlikdə şəkil çəkdirərək gərginliyi azaltmaq üçün əllərindən gələni etdilər. İranlı futbolçular hətta rəqiblərinə ağ qızılgüllər də təqdim etdilər. Oyun İranın 2:1 hesablı qələbəsi ilə nəticələndi.


Hazırki situasiyadan danışırıqsa, ABŞ sabiq prezidenti Donald Trampın vasitəçiliyi ilə iki ölkə arasında əldə edilmiş nüvə sazişindən çıxdığını elan etdikdən sonra münasibətlər yenidən gərginləşib. Xüsusilə son iki ayda qonşu ölkədə yaşanan iğtişaşların fonunda, islam dövləti bunu birləşmiş ştatların ayağına yazır, səngimək bilməyən etirazların arxasında onların dayandığını iddia edir.

İngiltərə ilə Uelsin də olduğu B qrupunda yer alan İran və ABŞ milli komandalarının dəst-xətti bir-birindən fərqlənir.

İran

Hazırki İran milli komandası əsasən müdafiə planlı oyun sərgiləyir və əks-hücumlara bel bağlayır. 4-1-4-1 taktiki düzülüşündən istifadə edən portuqaliyalı mütəxəssis Karlos Keyruşun komandası adətən altılıq xətti ilə müdafiə olunur və meydanın özünə aid hissəsindəki boşluğu minimuma endirir. Bu taktika hücum futbolu sərgiləyən komandalara qarşı özünü doğruldur.


İranın əsas ulduzu "Portu"nun start heyətində müntəzəm oynayan Mehdi Taremidir. O, müdafiənin sol qanadında yer alır. 

Rəqibi öz ərazisinə gətirmək riskinə baxmayaraq, müdafiənin mərkəzində Sadiq Məhərrəmi və Ehsan Nəcəfi ilə möhkəm divar hörən komandanın cinahları da etibarlıdır. Keyruşun komandası böyük ehtimalla, oyunun çox hissəsini müdafiədə keçirəcək, meydanı təxminən 15-20 metr məsafədə daraldacaq və rəqibin boşluq tapmasına və oynamasına mane olacaq. Komandanın taktikası əks hücuma, dərinliyə və xüsusən də rəqibin səhvinə hesablanmış bir oyundur. Topu oğurlamaq və onu sürətli hücumçulara göndərmək vəzifəsini Kərim Ansarifard uğurla icra edir.

Qapıçılar: Əlirza Beyranvand ("Perspolis"), Əmir Abidzadə ("Ponferradina"), Hüseyn Hüseyni ("İstiqlal"), Payam Niyazmand ("Sepahan").
Müdafiəçilər: Məcid Hüseyni ("Trabzonspor"), Hüseyn Kanani ("Əl-Əhli"), Şoca Xəlilzadə ("Əl-Əhli"), Morteza Purliqanji ("Əl-Ərəbi"), Sadiq Məhərrəmi ("Lokomotiva", Zaqreb), Milad Məhəmmədi ("Gent"), Ehsan Nəcəfi (AEK), Ramin Rzayan ("Perspolis"), Əbülfəzl Calali ("İstiqlal").
Yarımmüdafiəçilər: Səid İzzətullahi ("Vayle"), Əli Kərimi ("Kayserispor"), Əhməd Nurullahi ("Şabab Əl-Əhi"), Ruzbe Çeşmi ("İstiqlal"), Vahid Əmiri ("Perspolis"), Saman Qoddos ("Brentford"), Əlirza Cahanbaxş ("Feyenoord"), Əli Qulizadə ("Şarlerua"), Mehdi Torabi ("Perspolis").
Hücumçular: Sərdar Azmun ("Bayer Leverkuzen), Mehdi Taremi ("Portu"), Kərim Ansarifard (AEK).

ABŞ 

2018-ci ildə dünya çempionatından kənarda qalmaqla məyusluq yaşayan ABŞ millisi hazırda daha iddialı təsir bağışlayır. Komandanın Qətərə bütün iştirakçılardan öndə yollanması da bu istəklə yozula bilər. Təbii ki, ortada qisas hissi də var. Siyasəti idmana qarışdırmasaq belə, ABŞ millisi 1998-ci ildəki yenilginin əvəzini çıxmağa çalışacaq.  

ABŞ-ın taktiki sxemi 4-3-3-dür və komandanın ürəyi yarımmüdafiədədir. Bu baxımdan "Lids Yunayted"in iki üzvü - Brenden Aaronson və Tayler Adams, o cümlədən "Yuventus"lu Ueston Makenni bir-birini gözəl tamamlayır. Komandanın hücum xətti də kifayət qədər sanballıdır. "Dallas"da parlaq mövsüm keçirən Xesus Ferreyra mərkəzdə, "Çelsi"nin forvardı Kristian Pulisiç solda, Dortmund "Borussiyası"nın üzvü Cio Reyna isə sağda effektlidir. Pulişic sürətindən, Reyna driblinqindən məharətlə istifadə edir. 


Amerikalılar balanslı oyun sərgiləyir. Topsuz olarkən mövqeləri bağlayır, onu ələ keçirdikdən sonra isə əsasən cinah həmlələrinə üstünlük verirlər. Digər maraqlı detal isə Pulişiç və Reynanın heç də hər zaman geri qayıtmamasıdır: onlar bu təzyiqdən say üstünlüyü yaratmaq üçün yararlanırlar. 

Oyun hücum sahəsinə keçdikdə oriyentasiya dəyişir. Belə ki, ABŞ aqressiv və sürətli oynamağa meyllidir. 

Qapıçılar: İtan Xorvat ("Luton Taun"), Şon Conson ("Nyu-York Siti"), Mett Terner ("Arsenal"). 
Müdafiəçilər: Kemeron Karter-Vikers ("Seltik"), Serjinyo Dest ("Milan"), Aaron Lonq ("Nyu-York Red"), Şak Mur ("Neşvill"), Tim Rim ("Fulhem"), Antoni Robinson ("Fulhem"), Co Skalli ("Borussiya" Münhenqladbax), De Andre Yedlin ("İnter Mayami"), Uoker Tsimmerman ("Neşvill").
Yarımmüdafiəçilər: Brenden Aaronson ("Lids Yunayted"), Kellin Akosta ("Los-Anceles"), Tayler Adams ("Lids Yunayted"), Luka de la Toppe ("Selta"), Ueston Makenni ("Yuventus"), Yunus Musa ("Valensiya"), Kristian Roldan ("Sietl Saunders").
Hücumçular: Xesus Ferreyra ("Dallas"), Cordan Morris ("Sietl Saunders"), Kristian Pulişiç ("Çelsi"), Cio Reyna ("Borussiya", Dortmund), Coş Sardcent ("Norveç Siti"), Tim Bea ("Lill"), Haci Rayt ("Antalyaspor").

Mirağa Mirzəyev

Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

19:48

"Turan Tovuz"da 3 yeni təyinat

19:20

Messi "İnter Mayami" ilə bağlı qərarını verdi

Facebookdan bizi izləməyi unutmayın.
X