"Roma" Çempionlar Liqasına vəsiqə qazana bilməsə, Paulo Dibala klubdan ayrılacaq.
Fanat.Az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Forvardın müqaviləsində yer alan maddəyə əsasən, "Roma" ÇL-də çıxış etməsə, 29 yaşlı futbolçu 20 milyon qarşılığında komandasını dəyişə bilər.
Qeyd edək ki, bu ilin yayında "Yuventus"la müqaviləsi başa çatan Dibala "Roma" ilə 3+1 müddətinə anlaşma bağlayıb. O, cari mövsüm bütün turnirlərdə 12 matç keçirib və 7 qola imza atıb.
Xatırladaq ki, XV turdan sonra 27 xal toplayan "Roma" A Seriyasında 7-ci sırada qərarlaşıb.
Röya