Argentinalı məşhur məşqçi Marselo Biyelsa Polşanın paytaxtı Varşavaya mühazirəyə dəvət olunub.
Fanat.Az "Globo"ya istinadən xəbər verir ki, səfər Polşa Futbol Məşqçiləri Assosiasiyasının təşkilatçılığı ilə reallaşıb.
Əvvəldən Polşa millisinin 50 oyununu izləyən Biyelsa bu barədə fikirlərini və təhlillərini təqdim edib. Mühazirə dinləyicilərinin arasında Argentinanın dünya çempionatındakı rəqibi olan Polşa millisinin məşqçisi Çeslav Miçneviç də olub. Argentinalı mütəxəssis polşalılara təxminən üç saat "dərs keçib". Onun Polşanın müdafiə və hücum xəttini daha çox müzakirə etməsi diqqətdən yayınmayıb.
2022-ci ilin ortalarına qədər İngiltərənin "Lids Yunayted" klubunda məşqçi kimi çalışan Marselo Biyelsa 1998-2004-cü illər aralığında Argentinanı çalışdırıb.
Mirağa