"Mançester Yunayted"in hücumçusu Kriştianu Ronaldu karyerasını Avstraliyada davam etdirə bilər.
Fanat.Az xəbər verir ki, bunu "Yahoo Sports"a açıqlamasında Avstraliya liqasının baş direktoru Denni Taunsend deyib:
"Biz Ronaldunun Avstraliya çempionatında oynamasında maraqlıyıq və istəyimizi özünə də çatdırmışıq. Əlbəttə, bu işin riskli tərəfləri də var. Amma şübhəsiz, Kriştianu şübhəsiz təklifimizi nəzərdən keçirməlidir".
Qeyd edək ki, Ronaldu "Talk TV"-yə müsahibəsində klub rəhbərliyini xəyanətdə suçlayıb, baş məşqçi Erik ten Haqa isə hörmət etmədiyini açıqlayıb. Ardından isə jurnalist Pirs Morqan 37 yaşlı portuqaliyalının müsahibə üçün ona şəxsən müraciət ünvanladığını və deyəcəklərinin rezonans doğuracağını öncədən bildiyini söyləyib.