Yayda Dortmund "Borussiya"sının yarımmüdafiəçisi Cud Bellingemi transfer etməyi hədəfləyən "Real Madrid"in prezidenti Florentino Peres alternativ variant da tapıb.
Fanat.Az "Fichajes" portalına istinadən xəbər verir ki, Bellingemin "Liverpul"a keçə biləcəyini nəzərə alan klub başqanı "Lester"in futbolçusu Yuri Tilemansı da diqqətdə saxlayır.
"Tülkülər"lə müqaviləsinin müddəti cari mövsümün sonunda başa çatacaq belçikalı yayda azad agent statusu daşıyacaq ki, bu da "Real" üçün maliyyəyə qənaət baxımdan əlverişli fürsətdir. Lakin Peres hadisələrin sonrakı inkişafından asılı olaraq keçidi yanvarda da reallaşdırmağa çalışa bilər. Madrid klubunun bossları əzəli rəqib "Barselona"nın Tilemansla maraqlandığının fərqindədir.