PSJ və "Tottenhem" kimi klubları çalışdırmış Maurisio Poçettino İngiltərə millisinin baş məşqçisi olmaq istəyir.
Fanat.Az xəbər verir ki, argentinalı mütəxəssis "The Athletic"ə açıqlamasında hazırki məşqçi Qaret Sautqeytin gedəcəyi təqdirdə yığmada işləməyə hazır olduğunu deyib:
"Mənim İngiltərə ilə münasibətim çox yaxşı olub. Futbol akademiyaları ilə əlaqələrim var. Milli komanda üçün gənc futbolçuları yetişdirməyə çalışırıq. Özümü burada çox rahat hiss edirəm. Gələcəkdə nələr olacağını heç vaxt bilə-bilməzsən. Təkliflərə açığam".
Qeyd edək ki, Qaret Sautqeytin İngiltərə millisi ilə müqaviləsi 2026-ci ildə başa çatacaq. Ancaq yayılan iddialara görə, mütəxəssis DÇ-2022-dən sonra göstərilən nəticəyə baxmayaraq postunu vaxtından əvvəl tərk edəcək.
Xatırladaq ki, Poçettino yayda PSJ-dən ayrılıb. Bu müddətdə "Aston Villa"dan təklif alsa da, İPL klubuna "yox" deyib.
Röya