"Bizim Lionel Messi əla münasibətlərimiz var. Biz dost deyilik, amma daha çox komanda yoldaşları kimiyik".
Fanat.Az xəbər verir, bunu "Mançester Yunayted"in və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu "Talk TV"-yə müsahibəsində deyib.
37 yaşlı forvard daim müqayisə olunduğu 35 yaşlı həmkarı ilə bağlı xoş sözlər səsləndirib:
"Bilirsiniz niyə dost olmadığımızı söyləyirəm? Çünki mənim aləmimdə dost sənin evində olmuş, tez-tez zəngləşdiyin adamdır. Yəni Messi ilə məndə belə deyil. O, əla oğlandır. Haqqımda dilə gətirdiyi sözlərə görə Lionelə hörmətim var. Messi futbol üçün əla işlər görür.
Onunla DÇ-nin finalında qarşılaşmaq? Hə, bu, çox gözəl olardı. Əla fantaziyadır!"