FİFA-nın sabiq vitse-prezidenti Cek Uorner korrupsiya ittihamına görə Trinidaddan ABŞ-a ekstradisiya ediləcək.
Fanat.Az "Reuters"ə istinadən xəbər verir ki, ABŞ-ın Ədliyyə Nazirliyi DÇ-2018-ə və DÇ-2022-yə ev sahibliyi edəcək ölkələr seçilən zaman Uornerin Rusiya və Qətərdən külli miqdarda rüşvət aldığı aldığı qənaətindədir.
Ədliyyə Nazirliyinin açıqlamasında Uornerin ruslardan 5 milyon avro aldığı xüsusi şəkildə vurğulanıb.
Qeyd edək ki, FİFA 2015-ci ildə Uornerin futbol fəaliyyətinə qadağa qoyub. Ekstradisiyası bir müddət öncədən nəzərdə tutulan keçmiş məmur dəfələrlə appelyasiya şikayəti versə də, dünyanın bir sıra ölkələrinin məhkəmələri onun lehinə qərar çıxarmayıblar. Günahı indiyədək sübuta yetirilməyən Cek bütün korrupsiya ittihamlarını əsassız sayır.