"Çelsi"dən ayrıldıqdan sonra hələ də işsiz olan Tomas Tuxelin işləmək istədiyi liqalar bəlli olub.
Fanat.Az xəbər verir ki, "Bild"in futbol şöbəsinin direktoru almaniyalı mütəxəssisin İspaniya və İtaliyada çalışmaq istədiyini yazıb.
Onun sözlərinə görə, Tuxel "Yuventus", "Real Madrid" və "Barselona" kimi klublardan təklifə "yox" deməz. Lakin sözügedən komandaların baş məşqçilərini dəyişməsi məsələsi hələ gündəmdə deyil.
Qeyd edək ki, 49 yaşlı mütəxəssis "Çelsi"dən sentyabrda ayrılıb.
Röya