16:34 25.06.2013 856

"UEFA belə hallarda dəyişikliklə vəziyyəti tənzimləyir"

“UEFA-nın “Qarabağ” və “Xəzər Lənkəran” klublarının Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunlarının vaxtının dəyişdirilməyi rəqibləri ilə bağlı ola bilər”. Bu sözləri apasport.az saytına açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) Texniki-İdman şöbəsinin rəisi Məlik Həsənov deyib. 

Gələn həftə start götürəcək Avropa Liqasında təmsilçilərimizin hamısı püşkdən sonra dəyişiklik haqda məlumatlandırılıblar.

Belə ki, “İnter”in Finlandiya “Mariehamn”ı ilə iyulun 4-də ilk oyununu səfərdə keçirməli olduğu halda, matçın məkanı sonradan dəyişdirilərək Bakıya salındı. “Qarabağ”la “Xəzər Lənkəran”ın isə mübarizəyə rəqib meydanında başlamağı qüvvədə qalsa da, vaxt 2 günə əvvələ çəkildi. Nəticədə ağdamlılar Makedoniya “Metallurq”u, lənkəranlılar isə Malta “Slima”sı ilə iyulun 2-də üzləşəcək. Dəyişikliklə bağlı UEFA-dan AFFA-ya göndərilmiş məktubda qeyd olunub ki, bu qərar UEFA Avropa Liqasının Əsasnaməsinin 12.08 - Oyunun tarixinin və vaxtının dəyişdirilməsi - maddəsinə əsasən qəbul olunub.

Həsənovun sözlərinə görə, belə praktika az olmur: “Görünür, burda komandalarımızın rəqiblərini nəzərə alıblar. Belə ki, Malta ilə Makedoniyanın Avropa Liqasında digər təmsilçiləri var. Onların da oyunları eyni gündə, eyni stadionda olmağı üst-üstə düşməyə səbəb olur. Buna görə də UEFA belə hallarda dəyişikliklə vəziyyəti tənzimləyir”.

Avroliqadakı təmsilçilərimizin hər üçü növbəti mərhələyə çıxacağı halda, maraqlı vəziyyət yaranacaq. Belə ki, püşkə görə onların hamısı II təsnifat mərhələsində ilk oyunda, yəni iyulun 18-də meydan sahibi olmalıdır. “Neftçi”nin də Çempionlar Liqasında mübarizəyə o vaxt – iyulun 16-17-də başlayacağından, həmin həftə qısa müddətdə ölkəmizdə 4 UEFA matçı olmalıdır. Ancaq PFL rəsmisi bunda problem görür: “Fikir verin, Avropada, İngiltərədə, İspaniyada 1 şəhərdə eyni gündə 2 avrokubok matçı keçirilir ki, bunda problem yoxdur. Əsas məsələ oyun keçiriləcək stadion beynəlxalq tələblərə cavab verməyidir. Bizdə də stadionlar UEFA tərəfindən qəbul olunub. Yəni Bakıda “Neftçi” “Bakcell Arena”da, “İnter” “Bayıl Arena”da, “Qarabağ” Respublika stadionunda, “Xəzər Lənkəran” isə Lənkərandakı stadionunda rahat oyununu keçirə bilər. Lazım olarsa, UEFA dəyişikliyə al ata bilər. Ancaq stadionlarımız müasir olduğundan, eyni vaxtda oyunlar keçirmək mümkündür. Sadəcə, III və IV təsnifat mərhələsində tələblər artdığından, rəqiblər güclü komandalar olduğundan, Bayıldakı stadion Mərdəkandakından az tutduğundan, “İnter” “Dalğa Arena”nı da sifariş edib”.

Qeyd edək ki, digər təmsilçilərimizdən fərqli 2 stadion sifariş edən “İnter” “Bayıl Arena”da I və II təsnifat mərhələsində oynayacaq.

İdman24.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X