"Çelsi"nin "Layptsiq"in futbolçusu Yoşko Qvardiola marağı keçməyib.
Fanat.Az xəbər verir ki, bu barədə futbol insayderi Fabritsio Romano "Caught offside" saytında yazıb.
Daha əvvəl London klubu 20 yaşlı müdafiəçi üçün almanlara 80 milyon avro təklif etmiş, amma rədd cavabı almışdı. Ancaq İngiltərə klubu təslim olmaq fikrində deyil. "Çelsi" 2023-cü ildə Qvardiolu heyətinə cəlb etmək üçün tədbir görəcək.
Röya