Azərbaycan Basketbol Liqasında 6 turdan sonra ən məhsuldar oyunçu NTD klubunun amerikalı üzvü Uilyam Stenforddur.
Fanat.Az xəbər verir ki, o, ümumilikdə 148, hər oyunda ortalama 24,7 xal toplayıb.
“Neftçi”dən Kamran İmanov ribaundlarda üstünlüyü ələ keçirib – 92 (15,3).
Ən dəqiq ötürmələri isə "Sərhədçi"dən Endər Poladxanlı edib - 30.