13:23 22.11.2022 1338

"De Byazi Musanı əsas heyətdə oynatmalıdır" - Aslan Kərimov

Futbol üzrə Azərbaycan milli komandasının beynəlxalq yoldaşlıq oyunları çərçivəsində Moldova və Şimali Makedoniya yığmaları ilə qarşılaşıb. 

Canni de Byazinin başçılıq etdiyi komanda noyabrın 16-da Kişinyovda Moldovanı 2:1, ayın 20-də isə Skopyedə Şimali Makedoniyanı 3:1 hesabı ilə məğlub edib. Beləliklə, millimiz ardıcıl 5 oyundur ki, məğlub olmur. 

Azərbaycan yığmasının sabiq üzvü, veteran futbolçu Aslan Kərimov Fanat.Az-a açıqlamasında sözügedən qarşılaşmaları dəyərləndirib:

"Millimizin son iki oyunda qələbə qazanması və məğlubiyyətsizlik seriyasının davam etməsi sevindirici haldır. Oyunçularda inamın artması, performanslarının yüksəlməsi üçün yaxşı göstəricidir. 

Düzü, Moldova ilə oyunda komandamızın nə qədər güclü olduğunu, ya da rəqibin bizə nə qədər təzyiq göstərdiyi elə də çox görə bilmədik. Amma Şimali Makedoniya ilə görüşdə oyunçulara artıq öz üstün və zəif tərəflərini görmək üçün imkan yarandı. 

İki oyunu müqayisə etsək, Moldova ilə matçda rəqib ikinci hissədə meydanın mərkəzində zaman-zaman bizi üstələyirdi. Amma ümumilikdə bizim ustalıq səviyyəmizin onlardan artıq olduğu açıq-aşkar görsənirdi. 

Onu da qeyd etməliyəm ki, milli heyətində yeni sima görə bildik. Şimali Makedoniya ilə oyunda Musa Qurbanlının əla çıxışı sevindiric haldır. Düzdür, birinci hissədə göstərilən qırmızı vərəqə rəqibin təzyiqini aşağı saldı. Amma hər halda qırmızı vərəqəyə qədər də rəqib üzərində dominantlıq edə bildik. Rəqib meydançasında daha çox top saxlaya bildik, topa sahib olmağımızın faizi yüksək idi. Bu da bizim onları həm taktiki, həm texniki baxımdan üstələdiyimizin göstəricisidir. Amma müdafiədə boşluqlar verirdik. Müdafiəçiləri nəzərdə tutmuram, ümumilikdə komanda olaraq müdafiə olunarkən boşluqlar verdik. 2:1 hesabı ilə öndə olduğumuz zaman rəqibin 2 topu dirəkdən döndü. Hər ikisi yüzdə-yüz qol imkanı idi. Bunları da biz unutmalı deyilik. Əslində bu oyunların əsas məqsədi bu cür çətinliklərə, rəqibin gedişlərinə hazır olmaq və nəticə çıxartmaqdır. 

Mən Musa haqqında da danışmaq istəyirəm. Artıq millidə də qol vurmağa davam edir. Bəlkə də ölkə çempionatında qol vurması o qədər də təəccüblü olmurdu. Çünki istər-istəməz Kadi, Zubir, Qara, Veşoviç, Yankoviç, Riçard kimi usta oyunçuların verdiyi ideal paslara bəzən ayaq qoymaq bəs edir. Amma Şimali Makedoniya ilə oyun onu göstərdi ki, artıq Musa ciddi rəqiblərə qarşı oyunda da qol duyumundan istifadə edə bilir. Bu il Musanın ilinə oxşayır. Çoxlu qollar vuracaq. Çünki artıq püxtələşib. Hesab edirəm ki, Renat Dadaşovdan daha öndədir. Bu matçlar əslində De Byaziyə qarşıdakı oyunlarda kimə güvənə biləcəyinin təməlini qoydu. Hesab edirəm ki, artıq Musanı əsas heyətdə oynatmalıdır. Çünki Renatın nə qədər beynəlxalq təcrübəsi olsa da, bu oyunlarda Musa özünü ən yaxşı tərəflərdən göstərdi. 

O cümlədən Bəxtiyar Həsənəlizadəni vurğulamaq istəyirəm. Düzdü, az əvvəl qeyd etdim ki, müdafiə olunarkən bəzən boşluqlarmız olurdu, amma Bəxtiyar hər iki oyunda ikili mübarizələrdən tez-tez qalib ayrılırdı. Bu, mərkəz müdafiəçisi üçün yaxşı göstəricidir. Çünki biz güclü rəqiblərə qarşı oynayarkən ikili mübarizə halları çox olacaq. O cümlədən hücumların təşkilində də özünü yaxşı tərəfdən göstərə bildi. 

Uzun sözün qısası, Moldova bizim üçün asan olsa da, Şimali Makedoniya gücümüzə uyğun müqavimət göstərdi. Hesab edirəm ki, bu oyun Estoniya millisini də duşündürəcək. Çünki belə davam etsək, Estoniyaya qalib gəlmək iqtidarındayıq. O ki qaldı digər rəqiblərimizə, Belçika ilə İsveç kimi komandalara qarşı matçları indidən düşünmək biraz çətindir. Hər halda Belçikanın əsl gücünü dünya çempionatında görəcəyik. Amma öz səviyəmizdə olan bir çox rəqibdən artıq daha üstün görünürük. 

Millimizin oyun sxeminə də toxunum. 3, yoxsa 4 mərkəz müdafiəçisi yaxşıdır? Mənə elə gəlir ki, 5 yarımmüdafiəçi və 3 müdafiəçi ilə oynadığımız anda öndə çoxala bilmirdik. Cinah müdafiəçilərin sayəsində çoxalmaq istəyirdik. Bütün Millətlər Liqasında biz "5"li müdafiə ilə oynadıq. Amma bu son oyunlarda "4"lüyə keçdikdən sonra daha çox meydanın mərkəzini doldurub önə basqılı futbol nümayiş etdirə bilirik. Ortadakı oyunçuların sayəsində yarımmeydançada çoxluq yarada bilirik, nəinki cinah müdafiəçiləri ilə... Əslində dünyada bir çox komandalar "5"li oynayıb dominantlıq edə bilirlər. "5"li oynadığın halda 3 mərkəz müdafiəçisi qalır. Ancaq 2 cinah müdafiəçiləri öndə oynayırlar və bunun sayəsində çoxluq yaradırlar. Amma "4"lü oynayan komandalarda isə yarımmüdafiəçi mövqeyində oynayan futbolçular daha çox öndə çoxluq yarada bilirlər. Bu baxımdan hesab edirəm ki, "5"liyə nisbətən (5-3-2, 5-4-1) bizə effektli olan düzülüş tapmışıq. Belə oynasaq, məncə, daha effektli ola bilər". 

Röya Kərimli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X