Dünya futbolunun canlı əfsanələrindən olan Romario DÇ-2022-dəki ilk matç ərəfəsində Braziliya millisinin lideri Neymara müraciət edib.
Fanat.Az xəbər verir ki, "Marca" onun dediklərini belə çatdırıb:
"Neymar, həmin an yaxınlaşır, anlayırsan? İndi oğlanla kişinin fərqinin nə olduğunu göstərmək dəmidir. Bilirəm ki, başqalarını müzakirə etməklə kifayətlənən adamlardan çox tənqidlər eşitmisən. Özümü ağıllı göstərib sənə nəyi necə etməyinlə bağlı göstərişlər vermək fikrində deyiləm. Mən Romarioyam, sənin nə hiss etdiyini gözəl bilirəm. Yersiz müqayisələr, mənasız tənqidlərdən sarsıla bilərsən. Amma unutma ki, sən oynayanda insanlara sevinc bəxş edirsən. Möhtəşəmsən, qardaş!
Sənin meydanda olacağını bildiyim üçün ürəyim sakitdir. Çünki sən braziliyalıların sevdiyi futbolun ruhuna sadiqsən. Heç kim Braziliyanın heyətində 6-cı çempionluğu qazanmağa sən qədər layiq deyil".