Argentina millisinin sabiq hücumçusu Serxio Aqueronun millidəki keçmiş komanda yoldaşları ilə görüşməsinə imkan verilmir.
Fanat.Az xəbər verir ki, bu barədə veteran futbolçu "The Mirror” nəşrinə danışıb.
Aquero Qətərə yollanmasına şərait yaratmayan Argentina Futbol Assosiasiyasını tənqid edib:
“Millinin üzvlərini görmək istəyirəm. Sənədləri əldə etmək üçün üç-dörd günə vaxt lazımdır. Çox qəribədir, mənim müraciətimi yubadırlar. Soruşdum, dedilər ki, qərar yuxarıdan gəlib. Amma görürəm ki, milli ilə görüşünə icazə verilən başqa adamlar var. Mən millidə olmuşam, bilirəm ki, onlar tez akkreditasiya edirlər. Heç kimi narahat etməyəcəyəm, hər şey həll olunana qədər gözləyəcəm.
Uşaqlara uğurlar arzulayıram. Vəziyyət olduqca qeyri-adidir. Mən heç vaxt kiməsə pislik etməmişəm. Həmişə hər kəsə yaxşı olmuşam. Argentina Futbol Assosiasiyası gəlməyimi istəmirsə, problem deyil, amma bunu üzümə desinlər”.
Qeyd edək ki, Argentina DÇ-2022-də keçirdiyi ilk oyunda Səudiyyə Ərəbistanına sürpriz şəkildə məğlub (1:2) uduzub.
Mirağa