"Mançester Siti" baş məşqçi Pep Qvardiola ilə yeni müqavilə imzalayıb.
Fanat.Az "Guardian"a istinadən xəbər verir ki, ispaniyalı mütəxəssislə hazırki anlaşmanın müddəti daha bir il uzadılıb.
Beləliklə, Quardiola 2025-ci ilə qədər "şəhərlilər"i çalışdıracaq.
Qətərdə keçirilən dünya çempionatına görə Premyer Liqadakı fasilə zamanı əldə olunan razılaşmanın detalları açıqlanmasa da, təcrübəli mütəxəssisin illik 20 milyon funt-sterlinqə çatan maaşının artırılacağı bildirilir.
Qvardiola "Mançester Siti"də dörd dəfə Premyer Liqanın, bir dəfə İngiltərə Kubokunun, dörd dəfə Liqa Kubokunun qalibi olub, ötən ilin yayında isə Çempionlar Liqasının finalında oynayıb.
Mirağa