Xorvatiya millisinin futbolçusu Luka Modriç yeni rekord müəyyənləşdirb.
Fanat.Az xəbər verir ki, 37 yaşlı yarımmüdafiəçi buna Qətərdə keçirilən dünya çempionatında Mərakeşə qarşı I tur matçında meydana çıxmaqla nail olub.
Modriç üç müxtəlif onillikdə həm dünya, həm də Avropa çempionatlarında oynayan ilk oyunçu kimi tarixə düşüb.
Xorvatiyalı futbolçu 4 mundialda (2006, 2014, 2018 və 2022) və dörd Avropa çempionatında (2008, 2012, 2016, 2021) top qovub.
Qeyd edək ki, Mərakeş - Xorvatiya qarşılaşmasında hesab açılmayıb.