Bu gün Qətərdə davam edən dünya çempionatında Almaniyanı 2:1 hesabı ilə yenərək sürpriz reallaşdıran Yaponiya millisinin azarkeşləri örnək addımla diqqət mərkəzinə düşüblər.
Fanat.Az xəbər verir ki, yapon fanatlar qələbəni coşqu ilə bayram etsələr də, matçın baş tutduğu arenanın - Dohadakı "Xalifa İnterneyşnl" stadionunun təmizliyinin də qeydinə qalıblar.
Belə ki, şərqli tərəfdarlar yer aldıqları tribunalardakı zibilləri toplamamış stadiondan çıxmayıblar.