Bu gün Azərbaycan Basketbol Liqasında VII tura start veriləcək.
Fanat.Az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma keçiriləcək. Doqquz xalla 4-cü sırada olan "AAAF Xırdalan" autsayder "Zirvə Astara" ilə münasibətləri aydınlaşdıracaq.
“Sərhədçi” İdman Mərkəzində baş tutacaq qarşılaşma saat 19:15-də başlayacaq.
Qeyd edək ki, turun növbəti oyunları 26 və 27 noyabrda olacaq.