Cənubi Azərbaycan təmsilçisi "Traktor"un baş məşqçisi Kurban Berdıyev öz istəyi ilə vəzifəsindən ayrılıb. Onun Rusiyanın "Soçi" komandasının sükanı arxasına keçəcəyi gözlənilir.
Fanat.Az xəbər verir ki, klubun rəsmi saytına danışan 70 mütəxəsis qərarını belə izah edib:
"Son günlər Rusiya futboluna qayıtmağımla bağlı məsələ qaldırılıb. Rusiya klubundan ciddi təklif aldım və bu gün “Traktor” rəhbərliyindən vəzifəmdən azad edilməyi xahiş etdim.
Söhbət puldan getmir. Mən yalnız mənəvi borcum və Rusiya futbolunun ehtiyaclarına görə gedirəm. Rusiyaya qayıtmalıyam.
“Traktor”da çalışmaq mənə azarkeşləri, komanda üzvlərini və İran xalqını daha yaxından tanımağa imkan yaratdı. İndi bizim dostluq münasibətlərimiz var.
Ümid edirəm ki, direktorlar şurası və klub rəhbərliyi vəziyyətimi başa düşəcək. Güman edirəm ki, gələcəkdə “Traktor”a kömək edə bilərəm”.
Qeyd edək ki, Kurban Berdiyev cari ilin iyununda Təbriz təmsilçisinin baş məşqçisi təyin olunub. O, 2001-2013 və 2017-2019-cu illərdə Rusiyanın "Rubin" komandasına rəhbərlik edib. Mütəxəssis 2014-2017-ci illərdə "Rostov"da da işləyib.
Röya