"Mançester Yunayted"in sahibi Avram Qleyzer klubun Kriştianu Ronaldu ilə yolları ayırmasına münasibət bildirib.
Fanat.Az xəbər verir ki, "Sky News" onun dediklərini belə çatdırıb:
"Yaxşı, mən sizə Ronaldudan danışaram. O, "Mançester Yunayted"in böyük oyunçusudur. Klub üçün etdiyi hər şeyi qiymətləndirirəm. Ronalduya gələcək karyerasında uğurlar arzulayıram".
Xatırladaq ki, hazırda Portuqaliya yığmasının heyətində DÇ-2022-yə qatılan Ronaldu azad agent statusu daşıyır.