Portuqaliya millisinin yarımmüdafiəçisi Brunu Fernandeş DÇ-2022-nin ilk turunda Qanaya 3:2 hesabı ilə qalib gəldikləri matçdan sonra ESPN-ə danışıb.
Fanat.Az xəbər verir ki, Fernandeş yığmanın kapitanı Kriştianu Ronaldunun tənqid olunmasına münasibə bildirib:
"Mənə elə gəlir ki, tənqidlər Ronaldunun xoşuna gəlir. Yalvarıram sizə, belə də davam edin. Uşaqlar, inanın ki, siz ona qarşı çıxanda Kriştianu özünün ən yaxşı versiyasına çevrilir.
Onunla bir klubda oynamaq arzu idi. İndi də yığmada çiyin-çiyinə mübarizə aparırıq. Əsas olan Portuqaliyanın mundialda mümkün hədəflərinə çata bilməsidir. Bunu birlikdə bacarsaq, həm Kriştianu xoşbəxt olacaq, həm mən, həm də bütün portuqaliyalılar".