Dünən DÇ-2022-nin ilk turu çərçivəsində keçirilən Portuqaliya - Qana matçının (3:2) 65-ci dəqiqəsində penaltidən fərqlənərək hesabı açan Kriştianu Ronaldu qol sevincini Lionel Messinin plakatının yanında bayram edib.
Fanat.Az xəbər verir ki, 37 yaşlı hücumçu "TV2"-yə açıqlamasında oyun zamanı çəkilən fotosundan da danışıb:
"Ha-ha, mən bu fotonu artıq görmüşəm. Əla alınıb".
Qeyd edək ki, Qana ilə görüşdə rəqib qapısına yol tapan Ronaldu ardıcıl 5 dünya çempionatında qol vuran ilk futbolçu kimi tarixə düşüb. O, həm də yığmada 118-ci qoluna imza atmaqla milli komandaların bombardirləri siyahısında liderliyini möhkəmləndirib.