İran millisinin hücumçusu Sərdar Azmun DÇ-2022-də maraqlı göstəriciyə imza atıb.
Fanat.Az xəbər verir ki, mundialda qol hesabını aça bilməyən "Bayer Leverkuzen"in forvardı 4 dəfə qapı dirəyini və tirini nişan alıb.
Qeyd edək ki, qrup mərhələsinin ilk turunda İngiltərənin darmadağın etdiyi İran (2:6) bu gün Uels yığmasını 2:0 hesabı ilə yenib.