DÇ-2022-nin qrup mərhələsinin II turunda Kamerun Serbiya ilə 3:3 hesablı heç-heçə edib.
Fanat.Az xəbər verir ki, matç Kamerun millisinin üzvü Vensan Abubakar üçün əlamətdar olub.
O, dünya çempionatları tarixində əvəzetmədən meydana daxil olaraq qol vuran və məhsuldar ötürmə verməyi bacaran ilk afrikalı oyunçu olub.
Məlumatı "Opta" stastika portalı yayıb.
Qeyd edək ki, görüşdə Kamerundan Şarles Kastellito (29), Vensan Abubakar (63), Erik Çupo-Motinq (66), Serbiyadan isə Strahinya Pavloviç (45+1), Sergey Milinkoviç-Saviç (45+3) və Aleksandr Mitroviç (53) fərqlənib.
Röya