Kristian Pulişiç "Çelsi"də qala bilər.
Fanat.Az xəbər verir ki, bu barədə "Sky Sports"un əməkdaşı Florian Plettenberq yazıb.
Onun sözlərinə görə, futbolçu Londonu tərk etmək istəmir.
Dünya çempionatından sonra Pulişiçə yüksək məbləğ və maraqlı təklif olmasa, "Çelsi" ilə danışıqlar baş tuta bilər.
Qeyd edək ki, "Football.london" "Arsenal" və "Mançester Yunayted"ın Pulişiçə maraq göstərdiyini yazır. 24 yaşlı amerikalı futbolçunun London təmsilçisi ilə müqaviləsi 2024-cü ilin iyununda başa çatır.
Röya