14:45 29.11.2022 1082

"Çoxları olimpiya çempionu olmağımı gözləyir, mən isə..." - MÜSAHİBƏ

Azərbaycan yunan-Roma güləşi millisinin 67 kiloqram çəki dərəcəsindəki üzvü, böyüklər arasında dünya və Avropa çempionatlarının bürünc medalçısı Həsrət Cəfərovun Fanat.Az-a müsahibəsi

- Həsrət, ilin təqvimindəki bütün beynəlxalq yarışlar artıq yekunlaşıb. 2022-ni özün üçün necə qiymətləndirirsən?
- Əvvəlcə böyüklərdə Avropa, daha sonra dünya üçüncüsü oldum. Bunlar mənim həmin yarışlarda ilk medallarım idi. Həmçinin İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazandım. Amma məni dünya və Avropa üçüncülüyü yox, yalnız çempionluq qane edə bilərdi. Amma medalsız qalmamışam, buna da şükür.

- Dekabrın sonlarında Azərbaycan çempionatı keçiriləcək. Həmin yarışa qatılacaqsan?
- Xeyr. Bu il çox yarış güləşmişəm, yorğunluq özünü göstərir. Həm zədələrim də var, onların bərpası ilə məşğul olmalıyam.

- Noyabrın əvvəlində Bakıda ilk dəfə yunan-Roma güləşi üzrə Dünya Kuboku təşkil edildi. Həmin turnirdə yığma əsas favorit kimi göstərilsə də, sonda gümüş medalla kifayətlənəsi oldunuz. Finalda İrana məğlubiyyət, xüsusən ağır çəkilərin bərbad çıxışı sonradan çox müzakirə edildi. Komandanın liderlərindən biri kimi yekun nəticə barədə sənin fikirlərin maraqlıdır. 
- 87 kiloqram çəki dərəcəsindəki İslam Abbasovun zədə səbəbindən yoxluğu bizi çox qayğılandırırdı. Təəssüf ki, qorxduğumuz başımıza gəldi. 82 kilodan sonra biz bütün görüşləri uduzduq. İslam Abbasov olsaydı, əminəm ki, kubok Bakıda qalacaqdı. Digər çəkilərdən isə sadəcə Arif Niftullayevə ümid edirdik, o da gözlədiyimiz kimi güləşmədi. Aşağı çəkilərdən isə Muradın zədələnməsi heç yerinə düşmədi.

- Qarşıdakı il daha çətin, məsuliyyətlidir. Olimpiadaya lisenziyanı dünya çempionatından qazanmaq həmişə əlavə üstünlük deməkdir. Lakin bu da var ki, mundialdan Olimpiya Oyunlarına vəsiqələrin sayı azaldılıb. Bu haqda nə düşünürsən?
- Beş yerdir. Üçüncülük görüşündə məğlub olanlar sonradan öz aralarında lisenziya üçün güləşəcəklər. Amma onsuz da mənim hədəfim heç vaxt üçüncü, beşinci yerlər olmayıb. Növbəti dünya çempionatına yalnız çempionluq üçün gedəcəyəm.

- Yəqin özün də hiss edirsən ki, hazırda Azərbaycan idmanında Paris-2024 Yay Olimpiya Oyunlarında qızıl medala əsas namizədlərdən biri, bir çox mütəxəssislərin fikrincə isə birincisisən. Bu sənə necə təsir edir?
- Bəli, görürəm ki, çox adam məndən olimpiya çempionluğu gözləyir, mən isə buna görə sadəcə daha da böyük məsuliyyət hiss edirəm. Hansısa arxayınlıqdan, boşalmadan söhbət gedə bilməz. Çəki, gündəlik rejim də daxil olmaqla, hər bir şeyə diqqət edirəm. İnşallah, məqsədimə çatacağıma inanıram.

Sahib Əsədbəyli

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

07 İyul 2025
00:31

Azərbaycan yığması AÇ-də 2-ci oldu

00:14

Azərbaycan güləşçiləri son gündə 3 medal qazandılar

06 İyul 2025
23:44

Azərbaycan yığması Andorraya uduzdu

23:02

Azərbaycan cüdoçusu Avropa Kubokunda gümüş medal qazandı

22:53

Con Duran "Fənərbağça"da - RƏSMİ

22:22

U-18 Litvaya uduzdu

21:48

Böyük Britaniya Qran-prisinin qalibi bəlli oldu

21:09

İngiltərə nəhəngi "Botafoqo"nun qapıçısını alır

20:44

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

20:19

"Şamaxı"ı heyətinə portuqaliyalı futbolçu qatdı - RƏSMİ

19:57

Belçika millisinin üzvü "Brayton"da - RƏSMİ

19:10

Ronaldu "Əl-Nəsr"ə bu hücumçunu almağı məsləhət gördü

18:52

"Arsenal" Dyökereş üçün daha bir təklif göndərdi - SON DURUM

18:29

Klublararası DÇ-də biletlər 36 dəfə ucuzlaşdı

17:50

"Araz-Naxçıvan" 9 oyunçusu ilə yollarını ayırdı

17:25

PSJ-nin sabiq baş məşqçisi Səudiyyə Ərəbistanı klubunda - RƏSMİ

16:45

Cokoviç 100-ə çatdı

16:16

"Liverpul" mövsümöncəsi toplanışını ertələdi

15:40

İspaniya millisinin üzvü "Arsenal"da - RƏSMİ

15:07

"Portu" italiyalı mütəxəssisə tapşırıldı -RƏSMİ

14:49

"Araz-Naxçıvan"ın rəqibi yenə uduzdu

14:22

Kipyeqon dünya rekordunu yenilədi

13:55

"Bir gün mütləq qayıdacam" - Joau Feliks

13:24

İngiltərə nəhəngi Lükebanı bu qiymətə almaq istəyir

12:53

"Bayern Münhen"in ulduzu bu gün əməliyyat ediləcək

12:18

MY Nkunkuya görə "Çelsi"yə milyonlar ödəməyə hazırdır -MƏBLƏĞ

11:53

Messi Anrinin uğurunu təkrarladı

11:23

Hələ tarixdə "Real" kimisi olmamışdı

10:11

"İnanıram ki, bu yol bizi uğura aparır" - Letiç "Sabah"ın toplanışını dəyərləndirdi

09:38

"Biz növbəti mərhələyə elə köklənmişdik ki..." -Tomas Müller

09:00

"Çelsi" "Borussiya"nın vingerini transfer etdi -RƏSMİ

02:15

Klublararası dünya çempionatı: "Real Madrid" sonuncu yarımfinalçı oldu

00:50

U-18 Ukraynaya uduzdu

00:20

Azərbaycan güləşçilərindən bir qızıl, bir gümüş medal

05 İyul 2025
23:39

Boksçularımız Dünya kubokunda üç "bürünc" qazandılar

23:10

“Qəbələ” yeni legionerlə anlaşdı

22:31

"Neftçi" fransalı oyunçu ilə gücləndi

22:07

Klublararası dünya çempionatı: PSJ "Bayern"i yenib yarımfinala adladı

20:58

Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başladı

20:23

Bundesliqa klubunda insident: "Pis zarafat"a görə futbolçunu komandadan uzaqlaşdırdılar

Facebookdan bizi izləməyi unutmayın.
X