"Australian Open - 2024"ün turnirinin qalibi, dünyanın bir nömrəli raketka ustası Yannik Sinner Olimpiya Oyunlarında iştirak üçün Parisə uça bilməyib.
Fanat.Az xəbər verir ki, məlumatı italiyalı tennisçinin yaxınlarına istinadən "Ansa" yayıb.
Xəbərə görə, Sinner bu gün Fransaya yola düşməli olsa da, yüksək qızdırma üzündən səfərini təxirə salmaq məcburiyyətində qalıb. Onun Parisə iyulun 25-də yollanmağı planlaşdırdığı bildirilib.
Xatırladaq ki, Olimpiya Oyunlarındakı tennis turniri 27 iyul - 4 avqust aralığında, "Rolan Qarros"un torpaq kortlarında keçiriləcək.
Nihat