Fransalı gimnast Cenna Larui antidopinq qaydalarını pozduğu üçün onun Paris-2024 Yay Olimpiya Oyunlarında iştirakına icazə verilməyəcək.
Fanat.Az “Le Parisien”ə istinadən xəbər verir ki, Laruinin dopinq testində istifadəsi qadağan olunan salbutamol aşkar edilib.
O, 6 ay müddətinə yarışlardan uzalqaşdırılıb.
Qeyd edək ki, Larui Parisdə keçiriləcək olimpiadada Fransa yığmasının heyətinə ehtiyat gimnast kimi qoşulmuşdu.