Bu gün Olimpiya Oyunlarında Azərbaycan cüdoçuları mübarizəyə başlayacaqlar.
Fanat.Az xəbər verir ki, ilk yarış günündə bir qadın və bir kişi cüdoçu tatamiyə çıxacaq.
Qadınların mübarizəsində Leyla Əliyeva 48 kq çəki dərəcəsində təsnifat mərhələsində ilk görüşünü keçirəcək.
Kişilərdə isə Balabəy Ağayev 60 kq-da mübarizə aparacaq.
Təsnifat mərhələsinin görüşləri Bakı vaxtı ilə saat 12:00-da başlayacaq. Günün ilk sessiyası saat 16:00-a qədər davam edəcək. Həlledici blok isə saat 18:00-a planlaşdırılıb.