Azərbaycanın qılıncoynadanı Anna Başta Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının 1/16 mərhələsindən mübarizəyə qoşulub.
Fanat.Az xəbər verir ki, idmançımız çinli Yanq Henqyu ilə qarşılaşıb.
Görüş Anna Baştanın 15:9 hesablı qələbəsi ilə yekunlaşıb. İdmançımız 1/8 finalda ukraynalı Olqa Xarlanla üz-üzə gələcək. Bu görüş Bakı vaxtı ilə 16:05-də başlayacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.