Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında bu gün daha bir idmançımız mübarizəyə start verib.
Fanat.Az xəbər verir ki, boksçuların mübarizəsində Məhəmməd Abdullayev (+92 kq) Almaniya təmsilçisi Nelvi Tiafakla üz-üzə gəlib.
Bayraqdarlarımızdan olan Məhəmməd rəqibinə uduzaraq mübarizəni dayandırıb.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.