Azərbaycanın cüdoçusu Hidayət Heydərov (73 kq) Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarında növbəti döyüşünü keçirib.
Fanat.Az xəbər verir ki, yığmamızın lideri Kanadadan olan idmançı Artur Margelidon ilə qarşılaşıb.
Hidayət gərgin mübarizədə qalib gələrək yarımfinala adlayıb. Onun finala gedən yolda rəqibi Kosovodan olan Akil Qyakova olacaq.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.