Paris-2024 Yay Olimpiya Oyunlarının cüdo yarışları davam edir.
Fanat.Az xəbər verir ki, bu gün Azərbaycan cüdoçusu Elcan Hacıyev mübarizəyə başlayıb.
90 kq çəki dərəcəsində yer alan idmançı 1/16 final mərhələsində Türkiyə təmsilçisi Mixael Zqankla qüvvəsini sınayıb. Elcan çətin qələbə sayəsində mərhələ adlayaraq 1/8-ə yüksəlib.
Bu mərhədə idmançımızın rəqibi Fransa cüdoçusu Nqayap Xambu Maksim-Qael olacaq.
Qeyd edək ki, Azərbaycan cüdoçuları Paris-2024-də bir medal qazanıb. Hidayət Heydərov 73 kq çəkidə çempion tituluna yiyələnib.
Qeyd edək ki, Paris-2024 avqustun 11-də başa çatacaq.