Paris-2024 Olimpiadası "Bayern Münhen"in ulduz yarımmüdafiəçisi Tomas Müller üçün əlamətdar olub.
Fanat.Az xəbər verir ki, atlara böyük həvəs göstərən və ferma sahibi olan alman futbolçu Olimpiya Oyunlarında qızıl medal sevinci yaşayıb.
Xəbərə görə, Müller tullanma üzrə qızıl medal qazanan "Checker" adlı atın sahibidir. Çapar isə Kristian Kukukdur.
Bu uğura çox sevinən veteran futbolçu qızıl medalı boynundan asaraq özünün "Instagram" hesabında video paylaşıb: "Bu qızıldır - biz olimpiya qalibləriyik! Son il yarım ərzində "Checker" ilə çox şey etdik. Mən çox həyəcanlıyam. İndi bu qələbəni qeyd etmək olar".
Alman KİV-inin iddiasına görə, Müllerin yarış atını izləyə bilməsi üçün "Bayern"in baş məşqçisi Vinsent Kompani komandanın səhər məşqini günortadan sonraya keçirib.
Mirağa