01:42 22.07.2021 149

"Rəqibi keçmək ümidi ilə cavab görüşünü gözləyirəm" - Samir Abasov

"Bugünkü oyundakı kimi motivasiya ilə cavab görüşünə çıxacağıq. Azarkeşlərə müraciət edirəm: Sizin dəstəyinizə ehtiyacımız var. Bu rəqibi keçmək ümidi ilə cavab görüşünü gözləyirəm. Bu matçadək inam necə idisə, indi daha da artdı. Bir oyun yetərli deyil, cavab görüşünü də gözləyək".

Fanat.Az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Samir Abasov Yunanıstanda "Olimpiakos"a 0:1 hesabı ilə uduzduqları Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis futbolçulara təşəkkürünü bildirib: "Onlar həddindən artıq gərgin oyunun altından çıxdı. Sevindirici haldır ki, meydanda münaqişə baş vermədi".

Abasov meydanda baş verənlərin gərginlik yox, emosiya olduğunu bildirib. O, 43-cü dəqiqədə Namik Ələskərovun zədəsinin ciddi olduğunu bildirib: "Hamı gördü ki, bu, Samirdir. Azarkeşlərlə də insident oldu. Burun, almacıq və kəllə-beyin nahiyəsindən sınıqları var. Çox üzücü xəbərdir. Bu cür oyunçunun zədə alması bizə, futbolçularımıza pis təsir etdi. Cavab görüşünü onun üçün oynayacağıq. Meydanda baş verənlər emosionallıqdan irəli gəlirdi. Rəqib futbolçular vaxtı öldürürdülər".

Baş məşqçi oyunda qırılma nöqtəsi kimi 63-cü dəqiqədə Mert Çelikin qırmızı vərəqə almasını göstərib. Onun fikrincə, rəqib 43-cü dəqiqədə azlıqda qaldıqdan sonra futbolçularında inam başlayıb. Lakin Çelikin meydandan qovulması meydanda balans yaradıb və "Olimpiakos"a hücumlara açılmaq imkanı verib: "Eybi yox, Mert cavandır. İstəmədən etdi. Bəlkə də elə etməsəydi, rəqib qol vuracaqdı".

Abasov mərhələ adlamaq üçün əllərindəki materialın önəmli olmadığını, onların özlərini necə göstərmələrini vacib sayıb: "Bu gün rəqibin necə oynaması və sənin necə qarşılıq verməyin daha vacibdir. Bu gün biz psixoloji maneəni aşdıq, Motivasiya və xarakter hesabına nə isə edə bilərik. Rəqibdən də çox şey asılıdır. Əsas odur ki, onlara uşaqlar necə cavab verəcəklər".

Yay təlim-məşq toplanışını yaxşı keçmələrinə kənar amillərin təsir göstərdiyini söyləyən baş məşqçi bəzi futbolçuların istənilən səviyyədə hazırlıq prosesi görmədiklərini vurğulayıb: "Emin Mahmudov həqiqətən də yorulmuşdu, Sabir Buqrinin əvəzlənməsi isə bununla bağlı deyildi. Biz də on oyunçu ilə qaldıqdan sonra bir qədər yorulduq. Amma Bakıda son 15 dəqiqəlik bölümdəki yorğunluq olmayacaq".

Abasov bildirib ki, cavab görüşündə yaratdıqları imkanlardan yararlanmaq mümkün olacaq: "Bu oyunda 7 zərbəmizdən 4-ü qapı çərçivəsinə getdi. İnanıram ki, cavab görüşündə zərbələrimiz dəqiq olacaq və mərhələni keçən biz olacağıq".

Mənbə: Report.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

30 İyul 2021
10:00

Günün transfer xəbərləri: "Milan" Ziyeş üçün hərəkətə keçdi

09:54

"Böyük şəhərin tək komandası" 16 dəqiqəyə təslim oldu

09:34

Mikayıl Cabbarov Bakıya “Qarabağ”la eyni təyyarədə qayıtdı – FOTOLAR

08:44

Tokio 2020: Cüdonun rekordu təkrarlanmadı

08:30

Messini dünya futboluna bəxş edən salfet - Bir müqavilənin tarixçəsi

08:18

Tokio 2020: Cüdoçumuz yarımfinalda

01:48

Qurban Qurbanov: "Rəqibimzin kimliyi barədə düşünmürük"

01:26

"Aşdod"un baş məşqçisi: "Bizdən daha güclü komandaya uduzduq"

01:16

UEFA Konfrans Liqası: II mərhələyə yekun vurulur - YENİLƏNİR

01:12

"Qarabağ"ın növbəti mərhələdəki rəqibi müəyyənləşdi

00:52

Qurban Qurbanovun qələbə şərhi

00:30

Tokio 2020: 3 medal imkanı

29 İyul 2021
23:33

Sənan Qurbanov:"Rəhbərlik mənlə davam etmək istəməsə, buna hörmətlə yanaşaram"

23:23

"Soçi"nin baş məşqçisi Bakını bəyənib, "Keşlə"ni təriflədi

23:06

"İstədim ki, futbolçular sərbəst olsunlar" - Ayxan Abbasov

22:56

Konfrans Liqası: "Qarabağ" tarixə düşdü, "Keşlə" və "Sumqayıt" uduzdu

22:33

Keşlədə "Oyundankənar"a düşənlər - Emin, İlqar, Rail, Anar Salmanov

22:23

"Qarabağ"da daha bir itki

21:33

"ASK Arena"da gərginlik

21:27

Tokio 2020: Qayığın zədələnmiş hissəsini prezervativlə bağladı, Olimpiya çempionu oldu

20:33

"Səbail" məğlub oldu

19:30

“Həqiqətən çox pis idim” - Mahir Emreli

18:59

13 yaşlı şahmatçımızdan beynəlxalq uğur

17:56

Formula 1 pilotu mübahisəli qəzadan danışdı

17:22

Tokio 2020: Əkiz azərbaycanlılar medalsız qaldı

17:18

“Səbail” litvalı oyunçu ilə gücləndi - RƏSMİ

17:10

Tokio 2020: "Cırtdan" ölkə tarixində ilk

16:48

Azərbaycanda IV Robot Olimpiadasının finalı baş tutdu

16:36

Gimnastlarımız Tokioya yollanır

16:17

“Səbail”dən Norveçin liderinə

16:00

Klublarımızın oyunlarına harda baxaq? - TV AFİŞA

15:47

“Sabah” döndü, yeni gələnlər düşərgədən ayrıldı

15:30

Cokoviçdən növbəti rekord

15:11

Millimizin futbolçusu "Antalyaspor"a keçdi

14:59

Çin dünya rekordunu geri qaytardı

14:39

"Neftçi"nin rəqibi HİK-i yaxından tanıyaq

14:01

Avropa Liqası: "Neftçi"nin HİK-lə oyunlarının saatı açıqlandı

13:34

Elnur Məmmədli millimizin uğursuzluğundan danışdı: "Pandemiya və püşk səbəb deyil"

13:13

“Neftçi”nin məğlubiyyəti sosial şəbəkədə

12:30

Tarixdə bu gün: Əlamətdar olaylar

12:15

Tokio 2020: 57 yaşlı Olimpiya medalçısı

11:52

Məmmədyarov növbəti dəfə Aronyanla qarşılaşacaq

11:41

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:25

Çobanzadə və məşhur idmançılar həbs olundu - VİDEO

11:15

İkiqat dünya çempionu Tokio 2020-ni buraxır - SƏBƏB

11:03

"Keşlə"nin şansı yoxdur" - Novruz Əzimov

10:50

"Qarabağ" yeni transferini rəsmən açıqladı

10:22

"Neftçi"nin kapitanı məyusdur

10:00

Günün transfer xəbərləri: "Çelsi"nin "vunderkind"i kimin hədəfində?

08:47

Tokio 2020: Cüdoda rüsvayçılıq davam edir

08:36

Tokio 2020: Məhəmməd Abdullayev mübarizəni dayandırdı

08:00

"Neftçi"ni Buludov sarsıtsa da...

01:33

Bayrağa ilişən Valbuena, uçan bilet və "qol" görən diktor - Oyundankənar

01:00

Tokio 2020: Bu gün 2 idmançımız mübarizə aparacaq

00:36

ÇL: "Qalatasaray" məğlub oldu, "Kayrat" isə darmadağın - YENİLƏNİB

00:29

“Neftçi” - HİK oyunu 2 gün tez keçiriləcək

00:17

"Bu rəqibə çox inam vermək olmaz" - Qurban Qurbanov

28 İyul 2021
23:50

"Bu oyun yaxşı təcrübə oldu" - Pedro Martins

23:13

"Futbolçu meydana "mandraj"da çıxıbsa, günah məşqçidədir" - Samir Abasov

22:27

“Qarabağ”la oyunda çox ağıllı olmalı və üzərimizə düşəni etməliyik”

22:02

"Neftçi" Çempionlar Liqası ilə vidalaşdı

20:09

175 milyon avroya transfer olunacağı deyilən futbolçudan ilginc açıqlama

19:38

"Mərhələ keçsək..." - Ayxan Abbasov

19:07

Sənan Qurbanov: "Meydanda mübariz komanda görmək istəyirəm"

19:00

"Soçi"nin baş məşqçisi: "Sabah döyüşkən mübarizə gözləyirik"

17:36

Azərbaycanın futbol xəritəsi... - Emil Şükürov yazır

17:23

Karateçilərimiz Tokioya yollandı

16:34

"Qarabağ" yeni transfer üçün gerisayıma başladı

16:20

Edinin də Tokio 2020 macərası bitdi

16:08

Tokio 2020: Alfonso 1/4 finalda

Facebookdan bizi izləməyi unutmayın.