13:42 26.04.2016 108

Röyayla əməkdaşlıq AFFA-ya neçəyə başa gəlir? - Fantastik rəqəm!

Mayın 5-də paytaxtımızda start götürəcək 17 yaşadək futbolçular arasında Avropa çempionatını çoxları səbrsizliklə gözləyir. Bu yarış Azərbaycanın futbol tarixində yeni bir səhifə açacaq. Həm qitənin ən məşhur yığmalarının Bakıya gəlməsi, həm də öz millimizin belə mötəbər yarışa qatılması tarixi hadisədir. 


Azərbaycan futbolunun tarixində 17 yaşlıların çempionatı xüsusi yer turur. Belə ki, həmyerlilərimiz Arif Əsədov, Vəli Qasımov və Tərlan Əhmədov hələ SSRİ dönəmində bu böyük ölkənin müvafiq yaş qrupu üzrə seçmə komandasına düşə biliblər. Hər üç futbolçu SSRİ-ni təmsil edən komandanın heyətində Avropanın ən güclüsü olmağı, cempion adını qazanmağı bacarıb. Azərbaycan futbolunun digər yetirməsi Vladislav Qədirov isə dünya çempionluğu mərtəbəsinə yüksəlib.


Deməli, 17 yaşlı futbolçu nəsli Azərbaycan üçün uğurlu nəsildi. Bizim futbolun yetirmələri həmin yaş həddində özlərini göstərməyə nail olurlar. Hazırda Təbriz Həsənovun başçılıq etdiyi millidə yer alan yeniyetmə futbolçular bu məqamı diqqətə almaqla daha da həvəslənə, öz güclərinə inana bilərdilər. Amma qəribədi ki, AFFA çempion veteranlara diqqət ayırmır, bu adların Azərbaycan futbolunda varlıqları ümumiyyətlə, unudulub. Belə olmasaydı, Avropa çempinatının püşkatma mərasiminə həmin 4 futbolçu qonaq qismində dəvət olunar, əcnəbilər də bizim futbolun tarixini görər, çempionlarımızın varlığından xəbər tutardılar. Eləcə də, Tərlan Əhmədov, Arif Əsədov, Vəli Qasımov və Vladislav Qədirovu Avropa çempionatının təbliğinə cəlb etmək, onların gənc futbolçularla intensiv görüşlərini keçirmək hər kəs üçün faydalı olardı.


Qazandıqları uğurlarla öyünməyə haqqı olan futbol veteranlarını unudan AFFA başbilənləri əvəzində bütün gücünü şou-biznes "ulduzları"na qoyub. Əməkdar artist, müğənni Röya AFFA-nın əsas təbliğat vasitəsinə çevrilib. Bakının orta məktəblərini o gəzir, püşkatmada ön planda o olur, yeniyetmə futbolçuları qələbəyə kökləmək üçün də ondan istifadə olunur. Maraqlıdı, Röyanın futbolu təbliğ etməsi AFFA-ya, Azərbaycan futboluna nə qazandıracaq? Bu suala cavab vermək çox çətindi. Amma məlum məsələdi ki, futbol qurumunun bu əyləncəli təbliğatı yetərincə bahalı məşğuliyyətdi.


Azərbaycanda yaşayan hər kəs bilir ki, Röya elit müğənnilər sırasına daxildi və o qızıldan da dəyərli vaxtının bircə saniyəsini də boşa vermək istəməz. Deməli, AFFA üçün mahnı oxuyan, müxtəlif görüşlərə gedən müğənni verdiyi dəstəyin, adının istifadəsinin və ən əsası itirdiyi vaxtın əvəzində AFFA-dan yaxşı qonorar alacaq. Bu rəqəmi dəqiqləşdirmək üçün AFFA-ya, yaxud müğənninin özünə müraciət etmək faydasızdı. Onsuz da tərəflərdən heç biri dəqiq rəqəm açıqlamayacaq, söhbəti uzaqlara aparacaqlar.


Eyni zamanda sadə bir riyazi hesablamayla AFFA-nın bu bahalı və əyləncəli təbliğata görə nə qədər xərcə düşdüyünü təxminən müəyyənləşdirmək olar. Bu işdə bizə yardımçı olması üçün şou-biznes və mədəniyyət sahəsində tanınmış jurnalist, "Ölkə.az" saytının əməkdaşını İntiqam Valehoğluna müraciət ünvanladıq. Ondan Röyanın bir toya neçəyə getməsini dəqiqləşdirmək bizim üçün kifayət idi. Həmkarımız sualımıza belə cavab verdi: "İndiyə qədər Röyanın bir toyda sona qədər oxumasını eşitməmişəm. Amma bilirəm ki, Röyə ən bahalı müğənnilərdəndi, onu öz toyunda görmək istəyənlərin uzaqbaşı bir saatlıq belə şansı olur. Özünü çox da yormaq istəməyən müğənni, adətən toylarda yarım saat iştiraka razılaşır. Bu 30 dəqiqə üçün toy sahibi 6 min manat ödəməlidi. Xoş təsadüf nəticəsində Röya xanım hansısa toyda bir saat oxumağa razı olsa, ödəniş 10-12 min manat arasında dəyişəcək".


Göründüyü kimi, Röyanın hər dəqiqəsi qızıl qiymətinədi. Tanınmış müğənni AFFA üçün özünü oda-közə vurur. Onun Avropa çempionatının püşkatmasına qatılmasını, yarışın rəsmi mahnısını oxumasını, orta məktəblərdəki görüşlərini və millinin düşərgəsinə baş çəkməsini hesablasaq, ortaya fantastik bir rəqəm çıxır. Bu tədbirlərə üst-üstə azı 10-15 saat sərf edəcək əməkdar artistin futbol qurumundan azı 100-150 min manat qonorar alacağı şübhəsizdi. 5 aşağı, 3 yuxarı "Röyalı təbliğata" xərclənən məbləği hesabladıq. Həmin təbliğatın bizə nə qazandıracağını isə heç zaman da göstərməyəcək. 


sport7.az

Oxşar xəbərlər

Xəbər lenti

05 İyun 2020
19:30

Beyl "Real"da qalır? - Menecerindən açıqlama

18:40

Bundesliqada 30-cu tur həyəcanı: "Bavariya" "Bayer" səfərində, "Borussiya" "Herta"ya qarşı

18:11

Azərbaycanda futbolçulardan müsahibə götürmək mümkün olmayacaq

17:59

"Qarabağ" Türkiyə millisinin sabiq üzvünü transfer edir

17:52

FIFA Superliqa klubuna transfer qadağası qoydu

17:44

Premyer Liqa klubu kredit götürdü - 175 milyon

17:27

Quardiolanın yeni köməkçisi o olacaq

16:47

Azərbaycanda futbol hakimi davaya müdaxilə etməyəcək

16:41

Timo Vernerin yeni klubu bəlli oldu

16:25

Qapıçı cərimə zərbəsindən qol vurdu, komandasını finala çıxardı - VİDEO

16:23

"Sabah"ın futbolçusunun ailə üzvləri koronavirusdan sağaldı

15:55

Premyer Liqamızda koronavirus aşkarlanarsa, hansı addım atılacaq?

15:53

Azərbaycan Kubokunda 6-cı əvəzetməyə icazə verildi

15:49

Azərbaycan klublarının azad agent transferlərinə müddət qoyuldu

15:41

"Mançester Siti" - "Liverpul" oyunun tarixi bəlli oldu - İPL-in təqvimi

15:29

PFL Premyer Liqa və kubokla bağlı təlimatları açıqladı

14:52

"Neftçi"dən Platellas və Mustivar açıqlaması

14:49

Messinin zədəsi ilə bağlı SON DURUM

14:48

Həftəsonu qadağaları davam etsə, PFL hansı addımı atacaq?

14:36

"Neftçi"dən ayrılacaq legionerlərə biri də qoşuldu

14:21

"Döyüş adası" nə vaxt hazır olacaq? - UFC prezidenti açıqladı

14:01

Azərbaycanın yarım milyonunu mənimsəyib

13:30

İlk milyarder futbolçu - Kriştianu Ronaldu

13:20

Ən ödənişli futbolçulardan biri "Neftçi"dən gedir

13:03

"Barsa"nın Lautaroya görə növbəti təklifi: 80 milyon avro + Firpo

12:36

Klub avtobusuna hücum edilib: İki futbolçu xəsarət alıb

12:32

“Qaradərili ilə evləndiyim üçün məni öldürmək istəyirdilər” - FOTOLAR

12:17

Milli futbolçumuz "Bohum"da qalacaq? - SON DURUM

11:58

"Liverpul"u "Lester"ə dəyişir

11:30

"Yeni Pirlo" "İnter"ə keçir

10:53

"Liverpul", yoxsa "Çelsi"? - Vernerin seçimi

10:37

Elxan Məmmədov gizli şirkətini kimin adına rəsmiləşdirib? - ARAŞDIRMA

10:20

"Real" 17 yaşlı vunderkindin transferini əsas hədəf sayır

10:10

"Real"ın 80 milyon avroluq təklifini rədd etdilər

09:37

Pellenin model sevgilisi təqibçilərini məst etdi - FOTO

09:35

NBA-nın bərpa tarixi və formatı dəqiqləşdi

09:24

Azərbaycanın tanınmış futbol məşqçisi koronavirusa yoluxdu

09:05

"Yuventus" - "Milan" və "Napoli" - "İnter" matçları bu tarixlərdə oynanılacaq

09:00

"Neftçi"nin sabiq baş məşqçisinə İtaliya klubundan təklif

00:30

"Xəzər Lənkəran"da oynamış yarımmüdafiəçi baş məşqçi oldu

04 İyun 2020
20:20

Tanınmış məşqçinin zalı yandırıldı

19:10

İran millisinin üzvü "Arsenal"ın "radar"ında

18:27

Operativ Qərargahdan "Formula 1"lə bağlı açıqlama

18:15

"Rus ayısı": "Amerikada indi ağdərili olmaq çətindi"

17:35

Premyer Liqada 5 oyunçu dəyişikliyinə icazə verildi

17:10

Məhkəmə ulduz futbolçu barədə qərar çıxardı: 6 aylıq həbs cəzası...

16:30

"Real"ın əfsanəsi Bundesliqa klubunun baş məşqçi postuna əsas namizəddi

16:23

FİFA Rusiya klubuna transfer qadağası qoydu

15:59

Rakitiç keçmiş klubuna qayıdır?

15:24

"Neftçi"nin sınaqçı-rəqiblərinin adlarına aydınlıq gəldi

15:21

Messi "Barsa"nın "Malyorka" ilə oyununu buraxa bilər - SƏBƏB

14:37

Elvin Məmmədov: "Buna gücüm çatacağına əminəm"

14:35

Sabiq çempion qolunun hansı vəziyyətə düşdüyünü göstərdi və pul tələb etdi - FOTOLAR

14:02

Bundesliqa: "Ayntraxt"dan "Verder"ə 3 cavabsız qol (VİDEO)

13:39

Vüqar Nadirov: "Paltardəyişmə otağı təkcə soyunub-geyinmək üçün deyil axı..."

13:30

Yuri Syomin yenidən "Dinamo"da?

13:07

"Qəbələ"nin daha iki futbolçusu "Sabah"da - RƏSMİ

13:00

"Avrokuboklarla bağlı qərar verilməyib" - UEFA-dan reaksiya

12:36

Sexudo dünya çempionunu hədələdi: "Səni diz çökdürərəm!"

12:31

"Mançester Yunayted" 80 milyon avro ödəməyə hazırdı - bu futbolçuya görə

12:12

Avropa çempionatı Parisdən alınıb Bakıya verildi

11:56

Alaba və Tyaqonun "Bavariya"dakı gələcəyi necə olacaq? - SON DURUM

11:32

"Instagram" milyonerləri - Ronaldu, Messi və Neymar

11:05

Azərbaycanlı üçqat dünya çempionu koronavirusa yoluxdu - FOTO

10:55

"Real" tarixinin ən yaxşı oyunçuları kimlərdi? - Kasilyas açıqladı

10:25

Operativ Qərargahdan açıqlama: Azərbaycan Premyer Liqası yenidən təxirə salınacaq?

10:15

"Messi, yoxsa Ronaldu? Məncə, Levandovski daha yaxşıdı"

09:35

Çempionlar Liqasının qalan oyunları bu ölkədə keçirilə bilər

09:17

"Neftçi" və "Qarabağ"ın sabiq məşqçisi göndərildi

09:00

"Barselona" Neymardan imtina etdi

Facebookdan bizi izləməyi unutmayın.