Azərbaycan şahmat tarixində ilklərlə zəngin olan “Vüqar Həşimov Memorialı” növbəti uğura imza atıb.
Fanat.Az xəbər verir ki, elit şahmatçıların iştirakı ilə təşkil olunan builki memorialın qalibi özbəkistanlı Nodirbek Abdusattorovun qələbə posteri ABŞ-ın məşhur "Times" meydanında nümayiş olunub. Nyu-York sakinləri posteri şəhərin ən prestijli monitorları vasitəsilə izləyiblər.
Qeyd edək ki, daha əvvəl “Vüqar Həşimov Memorialı-2021”in posteri də "Times" meydanında nümayiş edilmişdi.
Sahib Əsədbəyli