Rusiyalı Yan Nepomnyaşi və çinli Dinq Liren arasında şahmat tacı uğrunda növbəti görüş baş tutub.
Fanat.Az xəbər verir ki, ikinci qarşılaşma rusiyalı qrossmeysterin qələbəsi ilə bitib - 1:0.
Qara fiqurlarla mübarizə aparan Nepomnyaşi 29-cu gedişdə rəqibini məğlub edib.
Beləliklə, Beynəlxalq Şahmat Federasiyasının bayrağı altında yarışan 33 yaşlı şahmatçı ümumi hesabda önə keçib - 1,5:0,5.