Azərbaycan şahmatçısı Vüqar Rəsulov Daşkənddə keçirilən "Əmir Teymur Kuboku"nda iştirak edir.
Fanat.Az xəbər verir ki, üç turdan sonra o, 2 xal toplayıb və 19-cu pillədə qərarlaşıb.
Turnirdə ümumilikdə 56 şahmatçı iştirak edir.
Qeyd edək ki, Rəsulov üçün bu, Daşkənddə ardıcıl ikinci turnirdir. O, bu yaxınlarda Georgi Aqzamov Memorialında ikinci yeri tutub.